"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlığı ilə təşkil olunan "Sabahın Kənd Təsərrüfatı" 2 Yay Məktəbi layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yerləşən Anatomiya muzeyinə ekskursiya edilib.
İştirakçılar muzeydə patoloji anatomiyanın bütün sahələrini əhatə edən eksponatlarla tanış olmuş və mütəxəssislər tərəfindən muzey eksponatları haqqında ətraflı məlumat verilib.