ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

ADAU-da ixtisasartırma təlimləri start götürüb

         Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2022-ci il üzrə təlim planına əsasən, Nazirliyin Elm, təhsil və insan resursları şöbəsi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə 24 avqust 2022-ci il tarixindən etibarən Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin və Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayonlar üzrə İdarələrinin 96 əməkdaşı ixtisasartırma təlimləri ilə əlaqədar olaraq üç gün müddətində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olacaqlar.

Təlimlər ADAU-nun professor-müəllim heyəti tərəfindən aqronomluq və bitki mühafizəsi, aqrokimya və baytarlıq olmaqla üç istiqamətdə aparılacaqdır.

Təlimin ilk günü ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təlim iştirakçıları ilə görüşüb və Azərbaycanda aqrar sahənin innovasiyalı inkişafından, bu sahəyə göstərilən dövlətin böyük qayğısından bəhs edib.

Sonra proqrama əsasən təlimlər start götürüb.