ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramı start götürüb

         Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Ferrero” şirkəti birgə əməkdaşlığı çərçivəsində Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramı (TCP) üzrə təlimlər başlayıb.

İlk sessiya 16-17 oktyabr tarixlərində Aqrar Universitein yeni tədris korpusunda baş tutub.

Fındıqçılıq sahəsini Azərbaycanda daha da inkişaf etdirilməsi və ixracatı ilə bağlı nəzərdə tutulmuş Texniki Sertifikat Proqramında 34 nəfər aqronomluq ixtisasının tələbə və məzunları iştirak edir. Proqram çərçivəsində təlimlərin növbəti 5 həftə sonu ərzində Gəncə, Quba, Qəbələ və Zaqatala rayonlarında keçirilməsi planlaşdırılır.

Təlim ənənəvi üsulla yanaşı onlayn formada da keçirildiyi üçün iştirakçılar sayca çoxluq təşkil edib.

Sonda iştirakçılarla mütəxəssislər arasında qarşılıqlı debat keçirilib.

Qeyd edək ki, təlimlərin iştirakçıları proqramın sonunda imtahan verərək beynəlxalq sertifikat alacaqlar. Növbəti sessiya 30 – 31 oktyabr tarixlərində yenidən ADAU-da təşkil olunacaq.