ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının iştirakçıları Zaqatala rayonuna səfər ediblər

         Azərbaycan Dövlət Aqrar Universiteti(ADAU) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi(PSA) “Ferrero” şirkəti birgə əməkdaşlığı çərçivəsində Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramı(TCP) üzrə təlimlər davam edir.

Növbəti sessiya 13-14 noyabr tarixlərində Zaqatala rayonunda baş tutub.

Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının(AFİİA) təlim otağında Aqronomluq ixtisasının tələbələrinə müxtəlif mövzularda seminar keçirilib.

Seminardan sonra iştirakçılar sahələrdə fındıq bağının salınması, tinglərin idarə edilməsi, sortların seçilməsi, tozlandırma, tinglərin qəbulu və əkilməsi prosesslərini yaxında görmək üçün fındıq bağlarına baş çəkiblər.

Eyni zamanda tələbələr Fındıq Emalı Zavodunda fındığın istehsal prosesləri, çeşidlənməsi və xarici bazara satışa çıxarılması ilə bağlı məlumatlar da əldə ediblər.