İqtisadiyyat, Aqrobiznes və İdarəetmə fakultəsinin tələbələri üçün növbəti vakansiyamızı təqdim edirik.
Bank of Baku (Şəki filialı) istehlak kreditləri üzrə kiçik ekspert vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifənin təsviri
İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.
Əsas vəzifə və öhdəliklər:
Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin aparılmasında iştirak edilməsi
Müsbət qərar verilmiş kredit ərizələrinin rəsmiləşdirilməsinin təmin edilməsi
Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu
Tələblər:
İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
Yaradıcı və analitik düşüncə tərzi
Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş yeri: Şəki filialı
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Maraqlanan şəxslər öz CV formalarını "istehlak kreditləri üzrə kiçik ekspert" (Şəki filialı) qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərə bilərlər.
hr@bankofbaku.com
karyera@adau.edu.az