ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

Vakansiya - Kassa bölməsinin kiçik eksperti

Bank of Baku Yeni Gəncə filialı

İxtisas: İqtisadiyyat

Əsas vəzifə və öhdəliklər
Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
Mədaxil və məxaric sənədlərinin yoxlanılması
Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi

İş yeri: Gəncə şəhəri
İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Kassa üzrə kiçik ekspert – Gəncə qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Tələblər
Ali iqtisadi təhsil
Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq