Zəyəm Texnologiyalar Parkı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Maşın mühəndisliyi və Aqromühəndislik ixtisasını bitirmiş Gəncə-Qazax bölgəsindən olan məzunları Təcrübə proqramına dəvət edir
Əgər siz aşağıdakı keyfiyyətlərə maliksinizsə, təcrübə proqramına müraciət edə bilərsiniz.
1. Müvafiq ixtisaslar üzrə bakalavr və ya magistr təhsilini başa vurmuş olmalı;
2. Aktiv, məsuliyyətli və nəticəyönümlü olmalı;
3. Yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli olmalı;
4. Komandada işləmə bacarığına sahib olmalı;
5. Azərbaycan dilini yüksək səviyyədə bilməli (müəyyən sahələr üzrə ingilis və rus dili bilikləri arzu olunandır);
6. Fikrini dəqiq ifadə etməli və təqdimat bacarıqlarına malik olmalı;
7. Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qurmağı bacarmalıdır
Təcrübə proqramında iştirak etmək istəyən şəxslər öz Cv-lərini karyera@adua.edu.az ünvanına mövzu hissəsində "ZTP" yazaraq göndərə bilərlər
Ünvan: Şəmkir rayonu, Zəyəm qəsəbəsi,Səməd Vurğun küçəsi 24
Qeyd: Təcrübə proqramı ödənişsizdir, yalnız nahar şirkət tərəfindən qarşılanacaq