PAŞA Sığorta öz istedadına və işgüzarlığına güvənən namizədləri “Marketinq üzrə təcrübəçi” vakansiyasına müraciət etməyə dəvət edir.
Göstərilən öhdəliklər üçün “Mən bacararam!” deyə düşünürsünsə, gecikmədən müraciət et.
Öhdəliklər nədir?
- Marketinq kommunikasiyalarının hazırlanmasında dəstək;
- Rəqiblərin marketinq və rəqəmsal media fəaliyyətinin izlənilməsi;
- Həftəlik sosial media paylaşımlarının hazırlanması və planlanması;
- Sosial mediadan daxil olan sorğuların cavablandırılması;
- Marketinq layihələrinin icrasında dəstək;
- Rəqəmsal marketinq kanallarının idarə olunmasında və ümumi fəaliyyəti üzrə dəstək.
Müraciət üçün recruitment@pasha-insurance.az ünvanına CV-ni göndər
Son müraciət tarixi: 15 noyabr 2021