ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

Ferrero PSA şirkəti ilə Azərbaycan Dövlət Aqrar Universiteti Texniki Sertifikat Proqramı (TSP) adlı layihəsinə start verir.

Gəncə şəhəri

İxtisas: Aqronomluq

İtaliyanın tanınmış şokolad brendi olan Ferrero PSA şirkəti ilə Azərbaycan Dövlət Aqrar Universiteti Texniki Sertifikat Proqramı (TSP) adlı layihəsinə start verir.
PSA və ADAU ilə əməkdaşlıq əlaqələrinə əsasən təlim proqramının məqsədi fındıq bitkisi haqqında həm nəzəri, həm praktik bilikləri Aqronomluq ixtisasının tələbələrinə öyrədilməsinin həyata keçirilməsidir.
Tərəfdaşlar 16-17 Oktyabr tarixlərindən dekabrın ortalarına qədər davam edəcək beş həftə sonundan ibarət 10 günlük TSP adlı təlim proqramına başlayacaqlar.
İlk iki sessiya Gəncədə, ADAU -nun binasında keçiriləcək.Dərslər əsasən nəzəri olacaq.Dərslər azərbaycanlı aparıcılar, PSA aqronomları , Zaqatala , Qubadakı Regional Tədqiqat İnstitutları və Ferrero aqronomları tərəfindən təqdim olunacaq.Növbəti üç sessiya Quba, Qəbələ və Zaqatalada təşkil olunacaq.Rayonlara səyahətdə nəqliyyat, qidalanma və gecələmə şirkət tərəfindən təşkil olunacaqdır. Tərəfdaşlar, onlayn sessiyalara və sahə ziyarətlərinə 15 iştirakçının cəlb edilməsini nəzərdə tuturlar. Lakin bu təlimə maraqlı olan nəfərlər də dərslərdə iştirak edə bilərlər.
QEYD: Təlim həftənin şənbə və bazar günləri keçiriləcəkdir.Təlimdə iştirak edəcək tələbələr yekunda imtahan verərək Ferrero PSA, USAİD və ADAU nun rəsmi imzalı sertifikatına sahib olacaqlar.
İştirak etmək istəyən namizədlər karyera@adau.edu.az elektron ünvanına "PSA" başlığı ilə CV-ni göndərə bilərlər.
Son tarix 10.10.2021.