ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

Büdcə, hesabatlılıq və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

“Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti

İxtisas: -

Vəzifə öhdəlikləri:
- Aylıq, Rüblük, İllik maliyyə hesabatlarının (Maliyyə Vəziyyəti Haqqında Hesabat, Mənfəət / Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat) hazırlanması;
- Şirkət büdcəsinin formalaşdırılması, tətbiqi və yoxlanılması;
- Maliyyə göstəricilərinin hesablanması və təhlili;
- Hesabatlar əsasında maliyyə analizlərinin aparılması və maliyyə təkliflərinin verilməsi;
- Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak;
- Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
- Şirkət rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
- Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
- Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
- IFRS qaydalarında olan dəyişikliklərin öyrənilməsi və tətbiqi.
Tələblər:
- Müvafiq sahədə ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu) ;
- Minimum 3 il mühasibat uçotu və hesabatlılıq sahəsində iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında işləmək bacarığı;
- Dil bilikləri (Azərbaycan dili, İngilis dili);
- Analitik təhlil etmə və hesabat tərtib etmə qabiliyyətinə sahib olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- 1C 8.3 ERP sistemində işləmək bacarığı;
- Əla ünsiyyət qurmaq, planlama və problem həll etmə bacarığı;
- Beynəlxalq sertifikatların olması (ACCA Financial Accounting, Financial Reporting və ya DipİFR) üstünlükdür;



Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu sətrinə “Büdcə, hesabatlılıq və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi” yazaraq hr@att.gov.az ünvanına göndərə və ya aşağıda qeyd edilmiş bölməyə yükləyərək müraciət edə bilərlər . Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.