ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

Daxili audit xidməti şöbəsinin mütəxəssisi

“Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti

İxtisas: -

Vəzifə öhdəlikləri
- Daxili audit planına əsasən auditin həyata keçirilməsində iştirak;
- Daxili audit proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasının təmin ediməsi;
- Aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması barədə vaxtında birbaşa rəhbərinin məlumatlandırılması və prosesin müvafiq qaydada sənədləşdirilməsi;
- Mühasibat uçotu və hesabat sisteminin adekvatlığının təhlili, qiymətləndirilməsi və audit prosedurlarının yerinə yetirilməsi;
- Cəmiyyətin daxili nəzarət sistemləri, prosedurları və qaydalarının uyğunluğu, effektivliyi, səmərəliliyinin yoxlanılması, qiymətləndirilməsi və aşağı səviyyəli mürəkkəblik statusuna malik, sadə mühakiməli audit prosedurlarının yerinə yetirilməsi;
- Risklərin qiymətləndirilməsi metodologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
- Biznes proseslərin təhlili, qiymətləndirilməsi və aşağı səviyyəli mürəkkəblik statusuna malik məsələlərin həlli, optimallaşdırma ilə bağlı təkliflərin verilməsi;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi;
- Birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər

- Ali iqtisadi və ya hüquq təhsili.
- Maliyyə-mühasibatlıq, Daxili audit və ya Daxili nəzarət strukturunda ən azı 1 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan – səlis, Rus - orta, İngilis – orta (sərbəst bilən namizədlərə üstünlük veriləcək);
- Kompüter bilikləri – 1C; Microsoft Office proqramları
- Yüksək ünsiyyət bacarığı;
- Araşdırma aparmaq bacarığı;
- Ezamiyyətə gedə bilmək imkanı;
- Mühasibatlıq və ya Daxili Audit üzrə (ACCA, CİA və s.) sertifikatlara malik olmaq və ya mərhələ keçmək üstünlükdür.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu sətrinə “Daxili Auditor” yazaraq hr@att.gov.az ünvanına göndərə və ya aşağıda qeyd edilmiş bölməyə yükləyərək müraciət edə bilərlər . Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.