ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

Aqronom

"Azərsun Holding"

İxtisas: Aqronomluq

- Əkiləcək bitkilərin veqetasiya inkişafi dövründə suvarma diaqramını müəyyən etmək və diaqrama uygun həyata keçirmək;
- Ərazidə olan alaq otlarına, xəstəlik və zərər vericilərə qarşı kimyavi mübarizə aparmaq
- Bitkilərin normativə uygun seyrəldilməsini təşkil etmək;
- Veqetasiya suvarmaların vaxt və normasını təyin etmək;
- Müşahidə olunacaq zərər vericiləri və xəstəlikləri təyin etmək;
- Kimyavi mübarizələrin aparılma vaxtı və istifadə olunan işçi məhlulun miqdarını təyin etmək;
- Ərazilərdə şum, reyper, mala, səpin, kultivasiya və suvarmaların aparılmasını təşkil etmək;
- Bitkilərin əkinində Aqro texniki tədbirlərin keyfiyətli aparımasını təmin etmək;
- Məhsul toplanmasında verilən normaya uygun məhsul göndərilməsini təmin etmək.
Namizədə aid tələblər:

- Aqronomluq ixtisası üzrə ali təhsil almış olmalı;
- Aqronom kimi ən azı 1 illik təcrübəyə sahib olmalıdır.

İş yeri:

Lənkəran şəh, Kürdəmir şəh

Çalışma şərtləri:

Digər bölgələrdən işə götürülən işçi şirkətin qonaq otağında qalmağa yerlə və gündə 3 dəfə qidalanma ilə təmin ediləcəkdir.
Maaş namizədin təcrübə və bilgisinə əsasən müəyyənləşir.