ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

Zootexniki xidmət üzrə bölmə rəhbəri

“Yalama Aqropark” MMC

İxtisas: Baytarlıq

Əmək funksiyaları:
• Yemlərin hazırlanması, tövləyə daşınması, yem payına uyğun bölünməsi, mal - qaranın təkrar istehsalı cins məhsuldarlıq keyfiyyətini, damazlıq məqsədilə cavan malların seçilib ayrıca yetişdirilməsini təmin edir.
• Sürülərin tərkibini yaxşılaşdırmaq, təbii cütləşmə Yaşına çatmış cavan heyvanların və anaların süni və təbii mayalanmasını təmin edir.
• Törədicilərin seçilməsini, doğum mayalanmanın uçotunu təşkil edir, qüvvəli, qaba və şirəli yemlərin keyfiyyətli saxlanmasını təmin edir.
• Təbii biçənək və otların yaxşılaşdırılması işlərini aqronomla birlikdə təşkil edir.
• Mal-qaranın yem normaları və tərtib edilmiş yem payı əsasında düzgün yemlənməsinə və saxlanmasına nail olur, Az miqdarda material, yem və əmək sərfi ilə daha çox məhsul edilməsi tədbirlərini görür.
• Bütün növ mal-qaranın qorunması və salamat saxlanmasına, yeni doğulan körpə və cavan heyvanlar üçün tərtib edilmiş pasport əsasında istiqamətli böyüməsini təşkil edir və qarşıya qoyulmuş məqsədə nail olur.
• İşçilər tərəfindən daxili iş normalarına və qaydalarına düzgün əməl edilməsinə nəzarət edir.
• Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etdir;


• Təhsil: Kənd təsərrüfatı sahəsində ali təhsil (Azərbaycan Dövlət Aqrar Universiteti bitirənə üstünlük veriləcəkdir)
• Zootexniki xidmət üzrə ən azı 3 il iş təcrübəsi
• İngilis dilini yaxşı bilmək
• Xaçmaz/Qusar/Quba rayonlarından olan namizədlərə üstünlük verilir
• Kənd təsərrüfatı sahəsində işləyənlərə üstünlük verilir
• MS Office proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
• Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.
İş qrafiki
09:00-18:00 ( beşgünlük iş həftəsi)