ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün yeni təcrübə proqramı elan edilib

İsrail Respublikası

Aqromühəndislik

Proqram iştirakçıları 11 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçəcəklər

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün yeni təcrübə proqramı elan edir. 11 ay davam edəcək proqram çərçivəsində gənc mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan başqa, proqram iştirakçıları 1 ay müddətində həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edə biləcək.

Təcrübə proqramında iştirak etmək istəyən namizədlər kənd təsərrüfatı yönümlü ixtisasları bitirməli, ingilis dilini bilməlidir. Ali məktəbi yeni bitirmiş məzunlar, bakalavr və magistratura pilləsi üzrə sonuncu kurslarda təhsil alan gənclər təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər. Proqramda iştirak üçün müraciətlərin qəbulu aprelin 30-da başa çatacaq. Hərbi xidmət öhdəliyi olan gənclər proqramda iştirak edə bilməz.

Təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək davam edəcək.

Təcrübə proqramında iştirak etmək istəyənlər 3300 ABŞ dolları məbləğində ödəniş etməlidirlər. Proqramda iştirak haqqı 8 bərabər hissə ilə ödənilə bilər. Qeyd edək ki, proqramda iştirakı təsdiqlənən nazmizədlərə aylıq 1400$-dək məvacib veriləcək.

Proqrama daxildir:

İsrail daxilində nəqliyyat, qida və yaşayış xərclərinin qarşılanması;
Təcrübə və sahəvi səfərlər;
Tibbi sığorta;
Asudə vaxtların səmərəli təşkili;
Proqramın sonunda Azərbaycana geri dönüş biletinin təmin edilməsi;


Ətraflı məlumat üçün aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://drive.google.com/file/d/1vQGWTQdEYRPjTPSVYxjWx5nkkcm9Sar9/view?usp=sharing

https://drive.google.com/file/d/1ao8bGfGQKbIoV8aD6LwXRejKuAHtoZK8/view?usp=sharing

Təcrübə proqramında iştirak etmək istəyən namizədlər Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinə müraciət edə bilərlər.

Müraciət üçün əlaqə:

elm-tehsil@agro.gov.az

077-299-06-60

Vakansiya - Baytar (Daşkəsən rayonu)

Daşkəsən

Aqromühəndislik

Vakansiya - Baytar (Daşkəsən rayonu)

Daşkəsən DAİM Daşkəsən rayonu üzrə Baytarlıq ixtisasının məzunlarını işə qəbul edir.

Vakansiya: Baytar
Şirkət haqqında məlumat: Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM)

Tələblər:
Ali təhsil (Baytarlıq ixtisası üzrə)

Qeyd: Maraqlanan şəxslər aşağıdakı e-mail ünvanına öz CV formalarını göndərə bilər.

karyera@adau.edu.az

“MKT İK” MMC Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab komandasına qoşulmaq üçün Gənc İnsan Resursları mütəxəssisi axtarır.

Bakı

Menecment (alman proqramı)

“MKT İK” MMC Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab komandasına qoşulmaq üçün Gənc İnsan Resursları mütəxəssisi axtarır.
Vəzifə öhdəlikləri:
Gənc İnsan Resursları mütəxəssisi çalışdığı bölmə və bölgə üzrə İnsan resursları üzrə mütəxəssislərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:
• Yaranan vakansiyaların qarşılanması uyğun namizədlərin tapılması yönündə aktiv iştirak edir;
• Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən işə qəbul edilən, işdən işdən azad edilən, vəzifə dəyişikliyi sənədləşmə işlərini həyata keçirilməsində kömək edir;
• İşçilərin şəxsi işlərini formalaşdırır, səliqəli saxlayır;
• Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirir;
• İşə qəbul, işdən azad, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və istehsalat əmrlərinin verilməsinə yardım edir;
• İşçilərin davamiyyətinə nəzarət sistemi ilə işləyir və filial direktoruna davamiyyətdəki nöqsanları məlumat verir;
• İşçilərdən nizam-intizama əməl etməyənlər haqqında qanunvericiliyin tələbinə uyğun inzibati cəzalar verilməsində sənədləşmə işlərini görür;
• İşçilərinin əmək haqqı hesablanmasına yardım edir;
• Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim etmək üçün araşdırma edir;
• İşçilərə məzuniyyətlərin verilməsi proseslərində yardım edir;
• Şəxsi işlərin arxivləşdirilməsini aparır, vaxtı keçmiş işlərin arxivə verilməsini təşkil edilməsinə yardım edir.
Tələblər
• Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə olunması, iqtisadiyyat, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və digər);
• Azərbaycan dilini səlis (rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.
• Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük
Əlavə məlumat:
• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Altı günlük iş həftəsi
• İş yeri: Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı başlatmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə bu linkdən müraciət etməyiniz xahiş olunur:
https://hr.mktcotton.com/url/l20iogw3
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Vakansiya - Aqronom

Bakı

Aqronomluq

Aqronomluq fakultəsinin məzunları üçün növbəti vakansiyamızı təqdim edirik
Vakansiya - Aqronom
Buta Agro MMC qeyd olunan vakansiya üzrə işə qəbul elan edir.
MMC-də istixana şəraitində (pomidor, kortof, soğan və s) bitkiləri yetişdirilir.
İş yeri: Bakı, Azərbaycan
Vəzifə üzrə əməkhaqqı: 1000-1500 azn
Maraqlanan şəxslər aşağıda qeyd olunan elektron ünvana öz CV formasını göndərə bilər.
karyera@adau.edu.az
info@butagroup.com

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Yay Təcrübə Proqramı" elan edir

Bakı

-

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətində "Yay Təcrübə Proqramı" keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün ödənişsiz Yay Təcrübə Proqramı təşkil edir.
Təcrübə proqramı çərçivəsində tələbələr nəzəri biliklərini praktikada tətbiq etmək, dövlət vergi orqanlarının işi ilə tanış olmaq, təlim və seminarlarda iştirak etməklə biliklərini artırmaq və sertifikat əldə etmək imkanı qazanacaqlar. Layihə tələbələrə karyera yollarında istiqamətlənməyə yardımçı olmaq, onların vergi sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına kömək etmək və potensialı olan gənclərin gələcəkdə Dövlət Vergi Xidmətində işə cəlb edilməsi məqsədini daşıyır. Layihənin əhatə edəcəyi ali təhsil müəssisələrinin sırasına, Bakı şəhəri ilə yanaşı, regionlarda yerləşən təhsil ocaqları da daxil edilib ki, bu da rayonlarda təhsil alan tələbələrin peşəkar kadr kimi formalaşdırılması baxımından xüsusi önəm daşıyır.
Yay Təcrübə Proqramı iki hissədən ibarət olmaqla 1 iyul 2022-ci il tarixdən 2 sentyabr 2022-ci il tarixədək davam edəcək. Təcrübə proqramı ərzində ilkin olaraq tələbələr üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsi təşkil ediləcək. Tələbələr 10 gün müddətində büdcə sistemi, vergilərin hesablanması və ödənilməsinin əsasları, vergi ödəyicilərinə göstərilən xidmətlər, dövlət vergi orqanlarına işə qəbul və xidmətkeçmə qaydaları və s. mövzularda təlim və seminarlarda iştirak edəcəklər. Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər, intellektual oyun və yarışlar təşkil ediləcək, həmçinin Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin idman-sağlamlıq kompleksindən istifadə üçün şərait yaradılacaq.
Yay düşərgəsinin davamında tələbələr Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 6 həftəlik təcrübə keçəcəklər. Sonda Proqramı uğurla bitirən tələbələrə sertifikat veriləcək.
Qeyd: Proqramda Azərbaycan Dövlət Aqrar Universitetinin (İnformasiya texnologiyaları, Komputer mühəndisliyi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Menecment (Alman proqramı), Maliyyə) ixtisaslarının bakalavr təhsil pilləsi üzrə 3 və 4 kurs tələbələri, magistratura təhsil pilləsi üzrə isə 1 və 2 kurs tələbələri iştirak edə bilər.
Proqramda iştirak etmək üçün qeydiyyat və sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 28.03.2022 - 30.04.2022-ci il tarixlərində həyata keçiriləcək.
Dövlət Vergi Xidməti tərəfindən müvafiq ali təhsil müəssisələrində Karyera Günləri təşkil ediləcək, tələbələr layihə barədə daha ətraflı məlumatlandırılacaqlar.

Elmi İşçi

Gəncə

Bitki Mühafizəsi

Kənd təsərrüfatı ixtisasları üzrə məzunlarımız üçün növbəti vakansiyamızı təqdim edirik
Vakansiya - Elmi işçi
İşin təsviri: Mövzunun müəyyən bir bölməsi (mərhələsi, tapşırığı) üzrə məsul icraçı kimi elmi tədqiqat və hazırlıq işləri ilə məşğul olur, yaxud elmi rəhbərlə birlikdə mürəkkəb təcrübələri və müşahidələri həyata keçirir, ölkədaxili və xarici qabaqcıl elmi-texniki informasiyaları, təcrübə və müşahidələrin nəticələrini toplayır, təhlil edir və ümumiləşdirir. Tədqiqat və onun işlənməsi planlarının və metodiki proqramların hazırlanmasında, onların nəticələrindən təcrübədə istifadə üçün tövsiyələrin verilməsində iştirak edir. Mövzuya, yaxud onun bölməsinə dair hesabatı tərtib edir. Elmi tədqiqat nəticələrinin həyata keçirilməsində iştirak edir.

İş yeri: Bitki Mühavizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu, Gəncə şəhəri, Azərbaycan

Qeyd: Vakansiya ilə maraqlanan şəxslər öz CV formalarını karyera@adau.edu.az elektron ünvanına göndərə və ya aqrokadr.az saytına daxil olaraq vakansiyaya online müraciət edə bilər.
Vakansiya ilə bağlı ətraflı məlumat üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz.
http://aqrokadr.az/.../Biotexnologiyalaboratoriyas%C4%B1...

Kiçik Marketoloq

Bakı

-

İstehlak Mallarının Ekspertizası və Marketinq ixtisasının məzunları üçün növbəti vakansiyamızı elan edirik.
Vakansiya - Kiçik Marketinq Akkaunt Meneceri (Qida və içki sahəsi)
Vəzifə öhdəlikləri:
Brend strategiyasına əsaslanan marketinq planı və fəaliyyətləri hazırlayır və həyata keçirir
Məhsul çeşidini təkmilləşdirir, yeni məhsulları planlaşdırır və inkişaf etdirir və onları təşviq edir
Tabeçiliyində olan kafelərin marketinq dəstəyini təmin edir
Strategiyalar və satış planları əsasında media fəaliyyətinin effektivliyini və yüksək keyfiyyətli işini təmin edir
Rəqabət bazarının təhlilini aparır
Brendin tanınmasını və satışları artırmaq məqsədi ilə şirkətin Sosial Media strategiyasını planlaşdırır, həyata keçirir, idarə edir və izləyir
SMM üçün materialların fotosessiyalarını təşkil edir
Satış və məhsul təminatı kimi marketinq materiallarını hazırlayır və yaradır
Menyuda qiymət dəyişikliklərinə nəzarət edir və onların vaxtında çapına nəzarət edir
Məhsul və xidmətlər haqqında məlumat verin
Əsas tələblər:
Təhsil:
Biznes/Marketinq və ya hər hansı əlaqəli sahədə bakalavr dərəcəsi
Marketinq üzrə sertifikatlar və ixtisaslar
Qida və içki sahəsində ən azı 1 il iş təcrübəsi
Professional Biliklər:
Bazar Araşdırması
Rus və İngilis dilləri arzuolunandır
MS Office Proqramları
Professional Bacarıqlar və Kompetensiyalar:
Təşkilatçılıq bacarığı
İşgüzar ünsiyyət
Çox tapşırıqlılıq
Nəticəyönümlülük
Yaradıcılıq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik Marketinq Akkaunt Meneceri” qeyd edərək aşağıda qeyd olunan elektron poçt ünvanlarına bilərlər.
karyera@adau.edu.az
recruitment@sinteks.com

Vakansiya - Torpaqşünaslıq

Bakı

Bitki Mühafizəsi

Torpaqşünaslıq Və Aqrokimya Fakültəsinin məzunları üçün növbəti vakansiyamızı təqdim edirik.
MKT İstehsalat Kommersiya MMC torpaqşünas vakansiyası üzrə işə qəbul elan edir.
Ətraflı:
Torpağın xüsusiyyəti, analiz üçün torpaq nümunələrinin götürülməsi, torpağın kimyəvi analizinin aparmaq
Torpaqda olan kimyəvi maddələrin strukturunu izləmək, analizlərin nəticələrini təhlil etmək və tövsiyələr hazırlamaq
Torpağın məhsuldarlığını qorumaq məqsədi ilə tədbirlər planı hazırlamaq, həyata keçirmək
Torpağın aqrokimyəvi müayinəsini planlalayır, təşkil edir, həmçinin nümunələrin alınmasında iştirak edir
Analizlərin vaxtında və keyfiyyətli aparılmasına nəzarət etmək
Torpağın analizinin aparılmasında müasir istehsalat tələblərini izləyir, təmin olunmasına nəzarət edir
Bio, fiziki-kimyəvi və texnoloji analizlərin metodiki rəhbərliyini həyata keçirmək, laborator və sahə araşdırmalarında iştirak etmək, torpağın keyfiyyətinin və yüksək verimliliyinin təmin edilməsi üçün elmi-metodiki təcrübələrdə iştirak etmək, təqib etmək
Tələblər:
Torpaqşünaslıq, Aqrokimya, Aqronomluq və s . K/T-yə aid digər ixtisaslar üzrə Ali təhsil
Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq
üksək səviyyədə İngilis və Rus dilləri arzu olunandır
MS Office proqramlarına yüksək səviyyədə hakimiyyət, Autocad proqramnıda işləmək bacarığı
Regionlara mütəmadi ezamiyyələrə hazır olmaq
Qeyd:
İş yeri Bakı şəhəri
Maraqlanan şəxslər öz CV formalarını aşağıda qeyd olunan e-mail adresinə göndərə bilər.
career@mktcotton.com
karyera@adau.edu.az

İqtisadiyyat, Aqrobiznes və İdarəetmə fakultəsinin tələbələri üçün növbəti vakansiyamızı təqdim edirik.

Şamaxı, Azərbaycan

İqtisadiyyat

İqtisadiyyat, Aqrobiznes və İdarəetmə fakultəsinin tələbələri üçün növbəti vakansiyamızı təqdim edirik.
Azərbaycan Mikro Kredit BOKT Kredit mütəxəssisi üzrə işə qəbul elan edir.
Namizədə dair tələblər:
Ali təhsil;
Bank və Bank olmayan Kredit Təşkilatlarında kredit satışlarında iş təcrübəsi (lombard lizing kreditləri üzrə təcrübəsi olanlara üstünlük verilir);
Mükəmməl ünsiyyət qabiliyyəti;
Riyazi biliklər;
Komputer bilikləri:
İşin təsviri:
Potensial müştərilərin cəlb edilməsi;
Kredit müraciətlərinin qəbulu və təhlil edilməsi;
Kredit əməliyyatlarının icra edilməsi;
Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması:
İş yeri Şamaxı, Azərbaycan.
İş qrafiki: I-VI günlər.
Maraqlanan şəxslər öz CV formalarını aşağıda qeyd olunan e-mail ünvanlarına göndərə bilər.
info@azmk.az
karyera@adau.edu.az

İqtisadiyyat, Aqrobiznes və İdarəetmə fakultəsinin tələbələri üçün növbəti vakansiyamızı təqdim edirik.

Şəki, Azərbaycan

İqtisadiyyat

İqtisadiyyat, Aqrobiznes və İdarəetmə fakultəsinin tələbələri üçün növbəti vakansiyamızı təqdim edirik.
Bank of Baku (Şəki filialı) istehlak kreditləri üzrə kiçik ekspert vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifənin təsviri
İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.
Əsas vəzifə və öhdəliklər:
Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin aparılmasında iştirak edilməsi
Müsbət qərar verilmiş kredit ərizələrinin rəsmiləşdirilməsinin təmin edilməsi
Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu
Tələblər:
İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
Yaradıcı və analitik düşüncə tərzi
Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş yeri: Şəki filialı
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Maraqlanan şəxslər öz CV formalarını "istehlak kreditləri üzrə kiçik ekspert" (Şəki filialı) qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərə bilərlər.
hr@bankofbaku.com
karyera@adau.edu.az

Vakansiya - Aqronom

Bakı

Aqronomluq

Aqronomluq fakultəsinin məzunları üçün növbəti vakansiyamızı təqdim edirik

Vakansiya - Baş aqronom köməkçisi (Aqronom)

Şabran Aqrokompleks MMC və Bakı Aqropark MMC qeyd olunan vakansiyalar üzrə işə qəbul elan edir.
Şabranda Dənli bitkilər, Bakıda (Zirə) isə İstixana (pomidor və s) bitkiləri yetişdirilir.

Qeyd: Hər iki Aqroparkda baş aqronom köməkçisi, aqronom, aqronom köməkçisi kimi vakansiyalar mövcuddur.
Maraqlanan şəxslər karyera@adau.edu.az ünvanına öz CV formasını göndərə bilər.

Viator Mikrokredit - Muhasib köməkçisi

Şəmkir

Mühasibatlıq

Viator Mikrokredit Şəmkir rayonunda mühasib vakansiyası üzrə işə qəbul elan edir
İş haqqında:
İş günləri: 1-5 günlər
İş saatı: 09:00-18:00
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
Qeyd: Maraqlanan şəxslər öz CV formalarını aşağıda qeyd olunan e-mail adresinə göndərə bilər.
E-mail: info@viator-az.org
Əlaqə tel: 0553001939

Vakansiya - Zootexnik

Regionlar

Baytarlıq

Zootexnik ixtisasını bitirən məzunlarımız üçün növbəti vakansiyamızı təqdim edirik
Vakansiya - Zootexnik (2 nəfər)
İş yeri: Gəncə, Bərdə və ətraf rayonlar

Tələblər:
İşinə məsuliyyətli;
Komanda işi;
Şəffaf xidmət;
Ixtisası ilə əlaqəli biliklərin olması vacibdir.

İş haqqında daha ətraflı məlumat: Ağdaş Yem Fabrikinə 2 nəfər zootexnik tələb olunur. Qanunvericiliyə əsasən işçi ilə əmək müqaviləsi bağlanılacaqdır.
İş təcrübəsi arzu olunandır.

Qeyd: Maraqlanan şəxslər aşağıda qeyd olunan e-mail ünvanına öz CV formalarını göndərə bilər.
karyera@adau.edu.az

Vakansiya - Muhasib köməkçisi

Bakı

Mühasibatlıq

Hörmətli muhasiblərimiz, vakansiyamız var ????

İş yeri: Bakı şəhəri
İş barədə məlumat
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək
- Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi
- Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi
- Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək
- Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
- A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
- İş günü- həftənin 5 günü
- İş saatı- 09:00-dan 18:00-dək


Qeyd: Müraciət etmək istəyən namizədlər CV-lərini aşağıda qeyd olunan e-mail ünvanına mövzu hissəsinə “Mühasib”qeyd edərək göndərə bilərsiniz.
E-mail: ffconsulting@yandex.com
Əlaqə tel: (055) 752-43-41

Vakansiya - Kredit mütəxəssisi

Regionlar

İqtisadiyyat

Vakansiya - Kredit mütəxəssisi

İş yeri: Şəmkir şəhəri (İrşad Elektroniks)
İş barədə məlumat
Müştəriyə kredit məhsulları haqqında məlumatın verilməsi
- Kredit müraciətlərinin qəbulu və analizi
- Kredit portfelinə nəzarət və idarə etmək
- Müştəri hesablarının aparılmasına dair xidmətlər
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması
- Hərtə ərzində - 6 iş günü

Qeyd: Maraqlanan şəxslər öz CV formalarını aşağıda qeyd olunan e-mail adresinə göndərə bilər.
E-mail: hr@irtelecom.az
Əlaqə tel: (012) 310-01-71, (055) 255-40-50

Vakansiya - Əczaçılıq

Bakı

-

İş barədə məlumat
ALOE – sağlamlıq, gözəllik və gigiyena üçün geniş çeşidli məhsullar təqdim edən milli innovativ apteklər şəbəkəsidir.
ALOE sağlam həyat tərzi üzrə Sizin etibarlı ailə məsləhətçinizdir.

ALOE – Azərbaycanda sağlam həyat tərzi formatında apteklərdən ən yaxşı iş yeridi.

Təklifimiz :
- Bu sahədə ən yaxşı işəgötürənlə karyera qurmaq imkanı
- Ən yaxşı fərdi nəticələrə nail olmaq
- İntensiv korporativ təlim
- Bu sahədə karyera yüksəlişi

Namizədə tələblər
- Sağlam həyat tərzi formatında olan innovativ aptekdə çalışmaq və inkişaf etmək
- Müştərilərin keyfiyyətli konsultasiyasını həyata keçirmək
- Komanda ilə birlikdə müştərilərə yüksək səviyyəli xidmət göstərmək
- Müştərilərə peşəkar köməklik etmək
- Azərbaycan və rus dillərinin biliyi

CV – ləri mövzu yerinə ”Bacarıqlı Əczaçı” qeyd etməklə job@aloe.az ünvanına göndərin

Reklam meneceri

Regionlar

Baytarlıq

Minor MMC bölgələr üzrə vakansiya elan edir

Şirkət: Minor Məhdud Məsuliyyətli Cəmiyyəti baytarlıq aptekləri və baytarlıq preparatlarının topdan və pərakəndə satış mərkəzi olaraq fəaliyyət göstərir.
Vakansiya: Reklam meneceri ( İşçilər məhsulların reklamını həyata keçirməklə dərman preparatlarının satışını təşkil edəcəkdir).

Qeyd: Maraqlanan şəxslər karyera@adau.edu.az ünvanına öz CV formalarını göndərə bilər.

Vakansiya - Baytar

Gəncə

-

Azərsun Holdinq Gəncə şəhəri üzrə Baytarlıq ixtisasının məzunlarını işə qəbul edir.
Vakansiya: Baytar
Şirkət haqqında məlumat: Azərsun Holdinq MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

Qeyd: Maraqlanan şəxslər karyera@adau.edu.az ünvanına öz CV formalarını göndərə bilər.

Vakansiya - Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis

Bakı

-

Bazarstore Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis vakansiyası elan edir (Bakı şəhəri)
Şirkət: Azərsun Holdinq MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

İş haqqında məlumat: Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etməli;
Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etməli; Tədarük edilən malların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı;
Tədarük edilən malların keyfiyyət standartlarına uyğunluğunun yoxlanmalı;
Tədarük olunacaq malların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməli;
Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərməlidir.

Qeyd: Maraqlanan şəxslər karyera@adau.edu.az ünvanına öz CV formalarını göndərə bilər.

Vakansiya - Aqronomluq

Kürdəmir

Aqronomluq

Azərsun Holdinq Aqronomluq ixtisası üzrə vakansiya elan edir

Şirkət: Azersun Holding MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

İş haqqında məlumat
Əkiləcək bitkilərin veqetasiya inkişafi dövründə suvarma diaqramını müəyyən etmək və diaqrama uygun həyata keçirmək;
Ərazidə olan alaq otlarına, xəstəlik və zərər vericilərə qarşı kimyavi mübarizə aparmaq
Bitkilərin normativə uygun seyrəldilməsini təşkil etmək;
Veqetasiya suvarmaların vaxt və normasını təyin etmək;
Müşahidə olunacaq zərər vericiləri və xəstəlikləri təyin etmək;
Kimyavi mübarizələrin aparılma vaxtı və istifadə olunan işçi məhlulun miqdarını təyin etmək;
Ərazilərdə şum, reyper, mala, səpin, kultivasiya və suvarmaların aparılmasını təşkil etmək;
Bitkilərin əkinində Aqro texniki tədbirlərin keyfiyətli aparımasını təmin etmək;
Məhsul toplanmasında verilən normaya uygun məhsul göndərilməsini təmin etmək.
İş yeri: Kürdəmir rayonu.
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Qeyd: Maraqlanan şəxslər öz CV formalarını aşağıda qeyd olunan E-mail adreslərinə göndərə bilər.
karyera@adau.edu.az
cv@azersun.com

Vakansiya - Əczaçılıq

Regionlar

Baytarlıq

Bayer Health Care MMC sizi əczaçılıq sahəsində sahibkar olmağa dəvət edir

Vakansiya: Əczaçlıq
Şirkət: Bayer Health MMC dünyanın ən böyük əczaçılıq şirkətlərindən biridir. Baş ofisi Leverkusendə yerləşən Bayer-in iş sahələrinə əczaçılıq, istehlak səhiyyə məhsulları, kənd təsərrüfatı kimyəvi maddələri, toxum və biotexnologiya məhsulları daxildir.

Qeyd: Maraqlanan şəxslər öz CV formalarını aşağıda qeyd olunan E-mail ünvanlarına göndərə bilər.
karyera@adau.edu.az
vuqar.mammadzade@bayer.com

Vakansiya - Front and web proqramçı

Bakı

-

İş barədə məlumat
- Komandamıza Front end programmer axtarırır
- İş vaxtları: 10:00-dan 19:00-dək
- Həftənin 5 günü iş
- Nahar fasiləsi 1 saat
- Nahar şirkət tərəfindən verilir

Yeni saytların yığılması, Mövcud proektlərə texniki dəstək, CRM, ERP sistemlərinin hazırlanması.

Qeyd: Müraciət etmək istəyən şəxslər öz CV formalarını qeyd olunan E-mail adresinə göndərə bilər.
hr@webcity.az
Əlaqə tel: (055) 266-17-83

Vakansiya - Kassir

Bakı

İqtisadiyyat

İş barədə məlumat
Elektronika mağazasına kassir tələb olunur. Vəzifənin məsuliyyətləri aşağıdakılardır:

- Kassa əməliyyatlarını düzgün şəkildə yerinə yetirmək
- Gündəlik və aylıq hesabatlarını tərtib etmək
- Müdriyyətin tapşırıqlarını vaxtında icra etmək
- Müştərilərə mehriban şəkildə xidmət göstərmək

- İş rejimi: 1-6 günlər 09:30-dan 19:00-dək
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
- Nahar təminatı
- Ünvan: 3-cü mkr. dairəsi

Qeyd: Maraqlanan şəxslər öz CV formalarını qeyd olunan E-mail adressinə göndərə bilər.
E-mail contact@unitronix.az
Əlaqə tel: (012) 430-05-76

Təcrübə proqramı

Yalama Aqropark” MMC “Təcrübə proqramı” üzrə vakansiya elan edir.

Baytarlıq

Xaçmaz Rayonu Yalama qəsəbəsində 1500 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müasir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC “Təcrübə proqramı” üzrə vakansiya elan edir. (Yaşayış yeri və gündəlik qidalanma şirkət tərəfindən təmin edilir)

Təcrübə sahəsi:

Baytarlıq

Zootexnik

Aqronom

Aqromühəndis

Menecment Alman proqramı

Təcrübə müddəti:

3-6 ay

Təminatlar

Yaşayış yeri

Qidalanma

Təcrübə müddəti ərzində əmək haqqı (300 azn)

Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Təcrübəçi” qeyd etməklə göndərə bilərlər.

Vakansiya - Kassa bölməsinin kiçik eksperti

Bank of Baku Yeni Gəncə filialı

İqtisadiyyat

Əsas vəzifə və öhdəliklər
Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
Mədaxil və məxaric sənədlərinin yoxlanılması
Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi

İş yeri: Gəncə şəhəri
İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Kassa üzrə kiçik ekspert – Gəncə qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Vakansiya - Kreditor

Qəbələ, Cəlilabad, Lənkəran

İqtisadiyyat

Təsvir
Müştəriyə kredit məhsulları haqqında məlumat vermək;
Kredit müraciətlərini qəbul və analiz etmək;
Kredit portfelinə nəzarət və idarə etmək;
Müştəri hesablarının aparılmasına dair xidmətlər göstərmək;
Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqini aparmaq.

Vakansiya - Data analitik

ABB (Bakı şəhəri)

-

Azərbaycan Beynəlxalq Bankı Bakı şəhərində data analitik üzrə vakansiya elan edir.

İş barədə məlumat
Müxtəlif analitik üsul və vasitələrdən (Python, SQL, Qliksense, vəs.) istifadə etməklə məlumatları əldə etmək, analiz etmək və vizuallaşdırmaq;Kompleks biznes/müştəri problemlərinin həll edilməsi üçün məlumatların təhlili nəticəsində proqnozları və tövsiyələri formalaşdırmaq;Bankın biznes yönümlü departamentləri ilə birgə formalaşdırılan komandalarda data üzrə proqnozların formalaşdırılması üzrə cavabdeh şəxs kimi fəaliyyət göstərmək.

Namizəd üçün tələblər
Ali texniki və ya iqtisadi təhsil;
Yüksək səviyyədə SQL və Python biliklərinə, böyük və kompleks data set-ləri ilə işləmə təcrübəsinə;
Vizuallaşdırma alətlərindən istifadə təcrübəsinə (Tableau, QlikSense, PowerBI);
Bank sahəsində analitik rolda ən azı 2 il təcrübə;
Güclü kommunikasiya və vaxtın idarə edilməsi bacarıqlarına;
Datanın təhlili nəticələrindən istifadə edərək qeyri-texniki dildə öngörüşlərin auditoriyaya çatdırılması qabiliyyətinə;
Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxslər;

Qeyd: Müraciət üçün linkə keçid edə bilərsiniz. https://careers.abb-bank.az/vakansiyalar/86

Vakansiya - Mexanik

Bakı

-

KORAL İST MMC meanik vakansiyası üzrə işə qəbul elan edir.

Şirkət Kürdəxanıda yerləşir
İş vaxtı 08:00 dan 18:00 dək
İstirahət günü: Bazar günü
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı hər iki tərəfin razılığı ilə müəyyən olunacaq

Qeyd: Maraqlanan şəxslər qeyd olunan e-mail adresinə öz CV formalarını göndərə bilər.
E-mail: info@koral-ist.az
Əlaqə tel:
(012) 404-44-44
(055) 450-03-23

“Marketinq üzrə təcrübəçi”

Bakı

İqtisadiyyat

PAŞA Sığorta öz istedadına və işgüzarlığına güvənən namizədləri “Marketinq üzrə təcrübəçi” vakansiyasına müraciət etməyə dəvət edir.
Göstərilən öhdəliklər üçün “Mən bacararam!” deyə düşünürsünsə, gecikmədən müraciət et.

Təcrübə proqramı

Şəmkir

-

Zəyəm Texnologiyalar Parkı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Maşın mühəndisliyi və Aqromühəndislik ixtisasını bitirmiş Gəncə-Qazax bölgəsindən olan məzunları Təcrübə proqramına dəvət edir

Bank Respublika Aqro və mikrokreditlər üzrə mütəxəssis

Şəki, Oğuz və Qəbələ

İqtisadiyyat

Sizə nə təklif edirik?
•Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
•Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
•Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
•Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
•Əlverişli iş mühitində çalışmaq imkanı.

AMORIS MMC

Qusar

Aqronomluq

AMORİS MMC 2009 – cu ildə yaradılmışdır.Şirkət kənd təsərrüfatının bir qolu olan bağçılıq və meyvəçiliklə məşğuldur. Amoris MMC-nin Qusar, Xaçmaz, Ağsu, Şamaxı, Lənkəran Cəlilabad və həmçinin Zirə qəsəbəsində proyektləri vardır.
Şirkətimizin əsas hədəfi İnkişaf etmiş ölkələrin modern bağçılıq sistemini Azərbaycanda yaratmaqdan ibarətdir.

MORİS MMC Aqronomluq,Bitki mühafizəsi, Aqromühəndislik ixtisasının məzunlarını Qusar rayonuna intensiv modern bağçılıqda işə dəvət edir.

"Azərbaycan Beynəlxalq Bankı - Rəqəmsal maarifləndirmə" təcrübə proqramına start verir

Ağstafa

İqtisadiyyat

ABB-dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!
"Azərbaycan Beynəlxalq Bankı - Rəqəmsal maarifləndirmə" təcrübə proqramına start verir!
Həmişə özündən söz açan layihələr təqdim edən və ictimaiyyət üçün daim bütün gücünü səfərbər edən Bankımız yaşı 18-dən 25-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər) olan və aşağıda sadalanan keyfiyyətlərə malik olan hər kəsi yeni təcrübə
proqramında iştirak etməyə dəvət edir.

Ferrero PSA şirkəti ilə Azərbaycan Dövlət Aqrar Universiteti Texniki Sertifikat Proqramı (TSP) adlı layihəsinə start verir.

Gəncə şəhəri

Aqronomluq

İtaliyanın tanınmış şokolad brendi olan Ferrero PSA şirkəti ilə Azərbaycan Dövlət Aqrar Universiteti Texniki Sertifikat Proqramı (TSP) adlı layihəsinə start verir.
PSA və ADAU ilə əməkdaşlıq əlaqələrinə əsasən təlim proqramının məqsədi fındıq bitkisi haqqında həm nəzəri, həm praktik bilikləri Aqronomluq ixtisasının tələbələrinə öyrədilməsinin həyata keçirilməsidir.
Tərəfdaşlar 16-17 Oktyabr tarixlərindən dekabrın ortalarına qədər davam edəcək beş həftə sonundan ibarət 10 günlük TSP adlı təlim proqramına başlayacaqlar.
İlk iki sessiya Gəncədə, ADAU -nun binasında keçiriləcək.Dərslər əsasən nəzəri olacaq.Dərslər azərbaycanlı aparıcılar, PSA aqronomları , Zaqatala , Qubadakı Regional Tədqiqat İnstitutları və Ferrero aqronomları tərəfindən təqdim olunacaq.Növbəti üç sessiya Quba, Qəbələ və Zaqatalada təşkil olunacaq.Rayonlara səyahətdə nəqliyyat, qidalanma və gecələmə şirkət tərəfindən təşkil olunacaqdır. Tərəfdaşlar, onlayn sessiyalara və sahə ziyarətlərinə 15 iştirakçının cəlb edilməsini nəzərdə tuturlar. Lakin bu təlimə maraqlı olan nəfərlər də dərslərdə iştirak edə bilərlər.

Azərbaycan Beynəlxalq Bank (Gəncə şəhəri) Təcrübə proqramı elan edir

Gəncə şəhəri

İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bank Təcrübə proqramı elan edir
Təcrübə proqramında iştirak edəcək iqtisadiyyat və iqtisadiyyat yönümlü ixtisasın məzunları Cv-lərini karyera@adau.edu.az ünvanına mövzu hissəsinə "ABB" yazaraq göndərə bilərlər

'' AzEduNet MMC "Gəncə, Mingəçevir və Quba rayonlarında Texniki Dəstək üzrə kiçik mütəxəssis vakansiyası üzrə çalışmaq istəyən namizədləri axtarır.

Gəncə, Mingəçevir və Quba

-

Vəzifə təlimatları:
- İnformasiya və kommunikasiya texnologiyaları (İKT) avadanlıqların proqram və aparat təminatı üzrə texniki xidmətin göstərilməsi;
- İKT avadanlıqların işlək vəziyyətin qorunması üçün monitoringin, diaqnostikanın və profilaktik işlərin aparılması;
- Yeni İKT avadanlıqların quraşdırılması, sazlanması və qeydiyyatı;
- İKT avadanlığın sıradan çıxmış hissələrin qeydiyyatı və dəyişdirilməsi;
- Lokal şəbəkənin işlək vəziyyətdə saxlanılması üçün monitoringi, diaqnostikası, profilaktik işlərin aparılması və sazlanması;
- Daxil olmuş müraciətlərin və tapşırıqların iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemində qeydiyyatı və müştərilərlə müqavilədə razılaşdırılmış vaxta uyğun icrası;
- Şirkətdə iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemində müştərilərdən gələn müraciətlərin və iş icrasına uygun müşahidə edilmiş nasazlıqların qeydiyyatı;
- Şirkətdə iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemində (OTRS) görülmüş işlərin qeydiyyatı;
- Mütəmadi olaraq gün ərzində iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemi və korporativ Mail qutusunu izləmək, reaksiya vermək və iş icrasını müraciyətlərə əsasən planlaşdırılmaq;
- Görülən işlərin təhvil-təslimi, aktlaşdırılması, mal-materialın dövriyyəsinin dəstəklənməsini və iş emalın əməliyyat Sistemində əks olunması;

Aqrar Sığorta Fondu ödənişsiz könüllü layihəsi

Bakı

-

Könüllü layihənin sonunda ən pis halda sertifikat və xasiyyətnamə, ən yaxşı halda namizədin iş keyfiyyətlərinə uyğun olaraq işlə təmin olunma məsələsinə baxıla bilər.Maraqlanan şəxslər öz Cv-lərini karyera@adau.edu.az ünvanına " ASF Könüllü " başlığı altında göndərə bilərlər

MediClub klinikasına əczaçı tələb olunur

Bakı

-

İş haqqında məlumat:
• Müştərinin sifarişinin vaxtında və dəqiq yerinə yetirilməsi
• Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi

Aqronom

Qusar rayonu

-

İş barədə məlumat

• Aqrotexniki tədbirlərin görülməsi, istehsal olunan məhsulun həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi, xəstəliklər və zərərvericilərlə qarşı mübarizənin aparılması üçün ilkin bilik və təcrübəyə malik olmaq.
• Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmək xasiyyətinə malik bacarığı.

Project Assistant

FAO Partnership and Liaison Office in Azerbaijan.

-

Tasks and responsibilities

Coordinate implementation of all project activities according to the approved work plan and ensure proper follow-up;
Enable and support the effective communication between project core team, Technical Support team and project counterparts, establishing necessary coordination mechanisms;
Support effective coordination between relevant government agencies and other stakeholders;
Support the collaboration and communication between the project’s national stakeholders and project technical team and possible regional/international partners;
Following the annual and quarterly work plans, provide administrative support for the arrangements for workshops, trainings, seminars, field missions and recruitment of national and international consultants;
Carry out necessary arrangements and coordination needs to support field missions;
Support the development of the PR strategy for the project; assist with the preparation of visibility materials and communication materials by providing necessary inputs and information that will be used in outreach and mass media campaigns;
Provide assistance to all project staff and consultants;
Support the preparation of progress reports by providing relevant information and documents;
Support the overall monitoring of programme through providing necessary inputs on a regular basis;
Support the promotion of the project and its outputs and findings on national and international platforms;
Prepare draft minutes of meetings, share them and finalize them through collecting inputs in a timely manner;
Carry out any other activities relevant to the project as required.

Daxili audit xidməti şöbəsinin mütəxəssisi

“Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti

-

Vəzifə öhdəlikləri
- Daxili audit planına əsasən auditin həyata keçirilməsində iştirak;
- Daxili audit proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasının təmin ediməsi;
- Aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması barədə vaxtında birbaşa rəhbərinin məlumatlandırılması və prosesin müvafiq qaydada sənədləşdirilməsi;
- Mühasibat uçotu və hesabat sisteminin adekvatlığının təhlili, qiymətləndirilməsi və audit prosedurlarının yerinə yetirilməsi;
- Cəmiyyətin daxili nəzarət sistemləri, prosedurları və qaydalarının uyğunluğu, effektivliyi, səmərəliliyinin yoxlanılması, qiymətləndirilməsi və aşağı səviyyəli mürəkkəblik statusuna malik, sadə mühakiməli audit prosedurlarının yerinə yetirilməsi;
- Risklərin qiymətləndirilməsi metodologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
- Biznes proseslərin təhlili, qiymətləndirilməsi və aşağı səviyyəli mürəkkəblik statusuna malik məsələlərin həlli, optimallaşdırma ilə bağlı təkliflərin verilməsi;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi;
- Birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.

Büdcə, hesabatlılıq və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

“Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti

-

Vəzifə öhdəlikləri:
- Aylıq, Rüblük, İllik maliyyə hesabatlarının (Maliyyə Vəziyyəti Haqqında Hesabat, Mənfəət / Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat) hazırlanması;
- Şirkət büdcəsinin formalaşdırılması, tətbiqi və yoxlanılması;
- Maliyyə göstəricilərinin hesablanması və təhlili;
- Hesabatlar əsasında maliyyə analizlərinin aparılması və maliyyə təkliflərinin verilməsi;
- Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak;
- Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
- Şirkət rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
- Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
- Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
- IFRS qaydalarında olan dəyişikliklərin öyrənilməsi və tətbiqi.

National Training and AI Development specialist

FAO Partnership and Liaison Office in Azerbaijan

-

Tasks and responsibilities:
The Training and AI Development Specialist shall perform the following tasks jointly or in close cooperation with his colleague(s) and under the supervision of the director of the Goygol Breeding Centre:
Support the international consultants in organizing and conducting AI technicians training according to the international consultants TOR;
Attend the AI training conducted by the international consultants and learning their approach and methodology;
Conduct refresher training for AI technicians based on the available training materials, programs and manual prepared by FAO international experts;
Following the courses conducted by the international consultants, conduct courses for technicians that have had no previous experience in AI according to the program that has already been designed for this purpose;
Issue certificates to those technicians that have successfully completed the courses and that have worked in the field for three months with good results (criteria to be developed);
Provide regular training and guidance to AI technicians in the field (workshops at the regional centers, guidance during farm visits);
Develop a system to monitor performance of AI technicians: verify reports on inseminations, calving records, non-return data and farmer’s satisfaction; This include a follow up on AI technicians employment and identifying on a timely manner reasons for drop-off from their employment as AI technicians;
Identify bottlenecks in the development of AI services and recommend measures for improvement

Project Coordinator

FAO Partnership and Liaison Office in Azerbaijan

-


Tasks and responsibilities:

Under the overall supervision of the Head of FAO Partnership and Liaison Office in Azerbaijan, the direct supervision of LTO of the project and in close cooperation with project counterparts, the incumbent will perform the following activities:

• Overall project coordination and management and administration including finance and donor representation
• Identify and select partner Small Farmer Associations (SFAs)
• Use existing relationships in Azerbaijan to build support for the action and keeps contact with relevant stakeholders
• Facilitate meetings, visits, interviews and working sessions for consultants with relevant resource
• Organise and provide support to consultants and counterparts in carrying out the planned project activities, including during field visits
• Conduct information collection activities, including baseline studies, organisational review, value chain and market analysis for agro-food products, existing formal informal extension services in the region and tourism potential of the region
• Support design and implementation of awareness campaign about the project activates within the target communities as well as targeted to the wider public
• Perform monitoring and evaluation in close collaboration with the monitoring and evaluation expert to document change throughout action, documenting results, impact and lessons learned
• Manage all procurement and delivery activities
• Organise and coordinate information-sharing with other EU-funded as well as non-EU donor funded actions
• Support the organization of national and regional workshops as well as training workshops and community workshops/meetings
• Ensure that project activities are adequately integrated into EU and FAO programmes as well as Goa agenda
• Supports internal and external communication

Zootexniki xidmət üzrə bölmə rəhbəri

“Yalama Aqropark” MMC

Baytarlıq

Əmək funksiyaları:
• Yemlərin hazırlanması, tövləyə daşınması, yem payına uyğun bölünməsi, mal - qaranın təkrar istehsalı cins məhsuldarlıq keyfiyyətini, damazlıq məqsədilə cavan malların seçilib ayrıca yetişdirilməsini təmin edir.
• Sürülərin tərkibini yaxşılaşdırmaq, təbii cütləşmə Yaşına çatmış cavan heyvanların və anaların süni və təbii mayalanmasını təmin edir.
• Törədicilərin seçilməsini, doğum mayalanmanın uçotunu təşkil edir, qüvvəli, qaba və şirəli yemlərin keyfiyyətli saxlanmasını təmin edir.
• Təbii biçənək və otların yaxşılaşdırılması işlərini aqronomla birlikdə təşkil edir.
• Mal-qaranın yem normaları və tərtib edilmiş yem payı əsasında düzgün yemlənməsinə və saxlanmasına nail olur, Az miqdarda material, yem və əmək sərfi ilə daha çox məhsul edilməsi tədbirlərini görür.
• Bütün növ mal-qaranın qorunması və salamat saxlanmasına, yeni doğulan körpə və cavan heyvanlar üçün tərtib edilmiş pasport əsasında istiqamətli böyüməsini təşkil edir və qarşıya qoyulmuş məqsədə nail olur.
• İşçilər tərəfindən daxili iş normalarına və qaydalarına düzgün əməl edilməsinə nəzarət edir.
• Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etdir;

Aqronom

"Azərsun Holding"

Aqronomluq

- Əkiləcək bitkilərin veqetasiya inkişafi dövründə suvarma diaqramını müəyyən etmək və diaqrama uygun həyata keçirmək;
- Ərazidə olan alaq otlarına, xəstəlik və zərər vericilərə qarşı kimyavi mübarizə aparmaq
- Bitkilərin normativə uygun seyrəldilməsini təşkil etmək;
- Veqetasiya suvarmaların vaxt və normasını təyin etmək;
- Müşahidə olunacaq zərər vericiləri və xəstəlikləri təyin etmək;
- Kimyavi mübarizələrin aparılma vaxtı və istifadə olunan işçi məhlulun miqdarını təyin etmək;
- Ərazilərdə şum, reyper, mala, səpin, kultivasiya və suvarmaların aparılmasını təşkil etmək;
- Bitkilərin əkinində Aqro texniki tədbirlərin keyfiyətli aparımasını təmin etmək;
- Məhsul toplanmasında verilən normaya uygun məhsul göndərilməsini təmin etmək.

Baytar

"Atena MMC"

Baytarlıq

• İribuynuzlu heyvanları müayinə və müalicə etmək;
• Heyvanlardakı xəstəliklərin və zədələnmələrin diaqnozunu qoymaq və müalicə üsullarını müəyyənləşdirmək;
• İribuynuzlu heyvanların terapevtik və cərrahiyə müalicəsini müəyyənləşdirmək
• Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparmaq;
• Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparmaq;
• Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət etmək və çoxalma proqramının həyata keçirilməsini təşkil etmək;
• Tələf olunan heyvan cəmdəklərinin müayinəsini aparmaq, analiz üçün lazımi material götürmək və məhv edilməsinə nəzarət etmək
• Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak etmək;
• Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil etmək;
• Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat vermək.

Aqronom

"Green Factory" MMC

Aqronomluq

İş barədə məlumat:
- "Green Factory" MMC şirkəti 2015-ci ildə Şəki rayonunun Orta Zəyzid kəndində müasir texnologiyalı meyvə bağı bağı salmışdır
- Burada Avropadan ixrac olunmuş ərik, şaftalı, nektarn, armud və digər meyvələr yetişidirilərək yerli və xarici bazarlarda uğurla satılır
- Şirkət özünün Şəkidə yerləşən meyvə bağına Aqronom vakansiyasına təcrübəli işçi axtatrır
- Vəzifəyə seçilən şəxs Şəkidə işləyərək yaşayacaqdır
- Əmək haqqı: 1200 AZN
- İş qrafiki: 6 hgünlük iş həftəsidir