Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva Gəncə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində olub və istifadəyə verilən yeni tədris korpusunun açılışında iştirak etmişlər. Yeni tədris korpusunun tikintisi cənab Prezidentin 22 yanvar 2018- ci il tarixli 3593 nömrəli Sərəncamına əsasən başlamış və iki il müddətində tikinti işləri başa çatmışdır. Yeni tədris ilindən yeni korpus tələbələrin istifadəsinə veriləcəkdir. Korpusun ümümi sahəsi 20 min kvadrat metr olmaqla 5 mərtəbəlidir, bu binada 37 mühazirə auditoriyası, 65 laboratoriya, kitabxana, idman zalı və s mövcuddur, Burada 2 ədəd 150 nəfərlik, 2 ədəd 80 nəfərlik böyük mühazirə zalları, konfrans zallar və s.vardır. 2 növbədə 3000 nəfər tələbə təhsil almaq imkanına malikdir. Tədris korpusunda bir dəfəyə 160 tələbəyə xidmət edə bilən kafe də mövcuddur. Yeni tədris korpusunda qurulan ən müasir laboratoriya avadanlıqları nəinki yüksək səviyyəli tədrisə, eyni zamanda magistrant, doktorant və gənc müəllimlər üçün elmi tədqiqat mərkəzinə çevrilməklə aqrar elmin inkişafına təkan verəcəkdir, bu həm də yüzə qədər yeni iş yeri deməkdir. Dünyanın istənilən ölkəsində təhsil alan gəncin belə bir müasir tədris korpusuna malik olma arzusu Azərbaycan gənci üçün reallığa çevrilmişdir. Bu, cənab Prezidentin aqrar təhsilə və elmə ali diqqətinin bariz nümunəsidir!