"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı, Azərbaycan Dövlət Aqrar Universitetinin (Azərbaycan Dövlət Aqrar Universiteti) əməkdaşlığı ilə təşkil olunan "Sabahın Kənd Təsərrüfatı" 2 Yay Məktəbi layihəsi tam sürəti ilə davam edir.
Layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru - İbrahim Cəfərov layihə iştirakçıları ilə görüşərək onlara uğurlar arzulamışdır. Daha sonra gənclərə aqrar təhsilin önəmi, dünyada baş verən qlobal çağırışlar, Azərbaycanda kənd kəsərrüfatının perspektivi ilə bağlı fikirlərini bölüşərək kənd təsərrüfatının inkişafından bəhs edib.