ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

ADAU-nun tələbələri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təşkil olunmuş Yay Təcrübə Proqramında iştirak edir.

         ADAU-nun tələbələri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təşkil olunmuş Yay Təcrübə Proqramında iştirak edir.
Proqramın ilk mərhələsi 15.07.2022 - 21.07.2022 tarixlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən keçirilən təlimlərlə başa çatıb.
Məlumat üçün qeyd edək ki, seçim mərhələsində 175 namizəd arasından 61 tələbə layihədə iştirak hüququ qazanıb ki, onlar arasında Azərbaycan Dövlət Aqrar Universitetinin 8 nəfər tələbələsidə yer alıb. Proqramda iştirak edən tələbələr Dövlət Vergi Xidmətinin peşəkar təlimçiləri tərəfindən vergi inzibatçılığı, vergi siyasəti, vergi ödəyiciləri ilə münasibətlər, vergilərin hesablanması və ödənilməsinin əsasları mövzularında keçirilən təlimlərdə iştirak edib. Eyni zamanda, kənar təlimçilər tərəfindən ünsiyyət bacarıqları, emosional zəka və digər təlimlər də təşkil olunub. Bununla yanaşı, iştirakçıların asudə vaxtlarının daha səmərəli təşkili üçün yay düşərgəsinin proqramına Şamaxının turizm məkanlarına səfərlər, intellektual oyunlar və yarışlar daxil edilib.
Yay Təcrübə Proqramı tələbələrin vergi sahəsində nəzəri və praktiki biliklər əldə etməsini, onların vergi xidmətinin işində praktiki iştirakını nəzərdə tutan, həmçinin gələcəkdə vergi orqanlarında karyera qurmaq imkanlarını dəstəkləyən layihədir. Bu təşəbbüsün həyata keçirilməsində məqsədlərdən biridə istedadlı gəncləri aşkarlamaq, onların dövlət qulluğuna olan marağını təşviq etməkdir.
Qeyd edək ki, layihə çərçivəsində təşkil olunan yay düşərgəsinin davamı olaraq, tələbələr hal-hazırda Dövlət Vergi Xidmətinin Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlarında əvvəlcədən hazırlanmış proqram əsasında təcrübə keçirlər.
#ADAU #AqrarUniversitet #DVX #DövlətVergiXidməti #AdauKaryeraMərkəzi #TəcrübəKaryeraMərkəzi #karyerayabizimləbaşla