Azərbaycan Dövlət Aqrar Universitetinin Təcrübə və Karyera Mərkəzi olaraq Gəncə şəhərində keçirilən əmək yarmarkası tədbirində iştirak etdik.
Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filalının dəstəyi ilə Gəncə şəhərində əmək yarmarkası keçirilib.
Yarmarkada 60 müəssisə 1345 vakansiya ilə iştirak edib.
Yarmarkada aqrar sahə ilə əlaqəli ixtisasları bitirən məzunlar müvafiq işə götürənlərə yönləndirilib. Əlavə olaraq müraciət edən şəxslərin CV formaları qəbul edilib və baza məlumatı olaraq saxlanılıb.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunub.
Əmək yarmarkası Gəncə şəhəri, Heydər Əliyev Meydanında ( Gəncə şəhər İcra Hakimiyyətinin qarşısı) saat 17:00-19:00 arası davam edib.