ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

Gəncə şəhərində əmək yarmarkası keçiriləcək

         Gəncə şəhərində əmək yarmarkası keçiriləcək
Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filalının dəstəyi ilə Gəncə şəhərində əmək yarmarkası keçiriləcək.
Yarmarkada 60 müəssisə 1345 vakansiya ilə iştirak edəcək.
Tədbirə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır.
Vakansiya siyahısı:
Administrator
Aktrisa
Animator
Aşpaz
Biznes kreditləri üzrə mütəxəssis
Cilalayıcı
Çörək bişirən
Çörək yığan
Dalandar
Dayə
Direktor
DJ
Dönərçi
Əczaçı
Elektrik
Faceart usta
Fəhlə
Feldşer
Ginekoloq
Həkim
İT risklərin idarə edilməsi üzrə mütəxəssis
Kababçı
Kardioloq
Kassir
KOB mütəxəssisi
Kran maşinisti
KOS satışları üzrə mütəxəssis
Kredit mütəxəssisi
Kündəçi
Kuryer
Laborant
Marketoloq
Meşə gözətçisi
Meşəbəyi
Müəllim
Mühafizə
mühəndis-konstruktor
Müştərilərlə iş üzrə mütəxəssis
Ofisiant
Resepşn
Sanitar
Satıcı-kassir
Satış təmsilçisi
SMM menecer
Tibb bacısı
Xadimə
Xəstə baxıcısı
Əmək yarmarkası keçiriləcək ünvan və tarix:
Gəncə şəhəri, Heydər Əliyev Meydanı ( Gəncə şəhər İcra Hakimiyyətinin qarşısı)
14 iyul, 2022
17:00 - 19:00