Slovakiya Respublikasının Nitra şəhərində yerləşən yeganə kənd təsərrüfatı universiteti olan Slovakiya Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
Qonaqlarla görüşən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov hər iki universitet arasında müəllim-tələbə mübadiləsinin vacibliyini qeyd edərək, elm-təhsil əlaqələrinin intensivləşməsinə ehtiyac olduğunu bildirib.
Həmçinin, müxtəlif ixtisaslar üzrə kadr hazırlığı, birgə tədqiqatların aparılması, konfrans və seminarların təşkili kimi məsələlər də müzakirə edilib.
Sonra qonaqlar Universitetin zəngin maddi-texniki bazası ilə yaxından tanış olub. Gəncə şəhərinin görməli yerlərinə də baş çəkiblər.