Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiya Mərkəzinin fəal tələbələri və əməkdaşları 2-4 iyun 2022-ci il tarixində Lənkəran şəhərində keçirilən "İdeathon" yarışında iştirak ediblər.
"Sitrus meyvələrinin inkişafı və emalı texnologiyası" ilə bağlı layihədə ADAU-nun tələbələrindən ibarət "Victory" komandası "Biotech" adlı layihə ilə 17 universiteti təmsil edən komandalar arasında I yerə layiq görülüb.
Tələbələrimizi təbrik edirik, uğurlar!