Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tədris-təcrübə təsərrüfatında magistratura təhsil pilləsinin I kursunda təhsil alan bir qrup əlaçı magistr tələbələr ilə görüş keçirilib.
Görüşdə Universitetin elmi işləri üzrə prorektoru, dosent Azad İbrahimov, elm şöbəsinin müdiri Elçin Nəsirov, bir qrup professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxış edən Azad İbrahimov ölkəmizdə aqrar sahədə ehtiyac duyulan kadr tələbatını ödəmək üçün ADAU-da görülən işlərdən və bu tələbatın ödənilməsi istiqamətində magistraturada təhsil alan tələbələrin öz ixtisasları üzrə bilik və bacarıqlara yiyələnməklərinin çox önəmli olduğunu vurğulayıb.
Sonra tələbələr müvafiq ixtisaslar üzrə professor-müəllim heyəti ilə birlikdə təsərrüfatda mövcud olan müasir heyvandarlıq kompleksi, ət-kəsim məntəqəsi və laboratoriyası, soyuducu anbarı, əkin sahələri, üzüm və intensiv meyvə bağları və tədqiqat sahələri ilə tanış olublar.