Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzinin (AİCAT) gənc mütəxəssislər üçün yaratdığı yeni təcrübə proqramı ilə sizi tanış etmək istərdik.
Proqrama daxildir:
10 ay ərzində fermer təsərrüfatlarında təcrübə;
1 ay müddətində həm aqrar, həm də iqtisadi sahə istiqamətində akademik təlimlərdə iştirak; (təlim mövzuları daha ətraflı linkdə əks olunmuşdur)
İsrail daxilində nəqliyyat, qida və yaşayış xərclərinin qarşılanması;
Təcrübə və sahəvi səfərlər;
Tibbi sığorta;
Fəaliyyət müddətində aylıq 1400$-dək məvacib;
Asudə vaxtların səmərəli təşkili;
Proqramın sonunda Azərbaycana geri dönüş biletinin təmin edilməsi;
Təcrübə proqramında iştirak şərtləri:
İngilis dili biliyi;
Kənd Təsərrüfatı yönümlü ixtisas;
Ali məktəbi yeni bitirmiş məzunlar və ya hal-hazırda magistr və ya sonuncu kurslar bakalavr təhsili alan gənclər;
Qeyd 1: Təcrübə proqramında iştirak üçün ödəniş 3300$-dır (ödəniş 8 bərabər hissə ilə ödənilə bilər).
Qeyd 2: Təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək davam edəcək.
Qeyd 3: Müraciət üçün son tarix 28.04.22