ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) gənclərin aqrar təhsilə marağının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Növbəti belə layihələrdən biri “İbtidaidən aliyə keçid” layihəsi start gö

         Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) gənclərin aqrar təhsilə marağının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Növbəti belə layihələrdən biri “İbtidaidən aliyə keçid” layihəsi start götürüb.

Layihənin məqsədi Gəncə və ətraf rayonların yuxarı sinif şagirdlərinə ADAU-nun təqdim edilməsi və universitetin zəngin maddi-texniki bazası ilə tanışlıqdır.

Layihə çərçivəsində Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VIII və IX sinif şagirdləri Aqrar Universitetin qonağı olublar.

Şagirdlər universitetin tədris korpusları, müasir auditoriyaları, kitabxanaları və laboratoriyaları ilə tələbələr və müəllimlərin təqdimatında tanış olub, tələbə parkında gəziblər.

Həmçinin, qonaqlara ADAU-da həyata keçirilən yerli və beynəlxalq layihələr, ikili diplom və stimullaşdırıcı təqaüd proqramları barədə ətraflı məlumat verilib.