Novruz bayramı münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə universitetin əməkdaşları arasında voleybol yarışı keçirilib.
Yarışda universitetin 8 fakültəsinin əməkdaşları, texniki işçiləri və s. öz qüvvələrini sınayıblar.
Olimpiya sistemi ilə keçirilən yarışda I yerdə Aqrobiznes və idarəetmə fakültəsi, II yerdə Aqrar iqtisadiyyat, III yerdə isə ADAU İnzibati binanın komandası qərarlaşıb.
Yarışın sonunda qalib komandaya kubok və hədiyyələr, digər komandalara isə fəxri fərmanlar verilib.