Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakultəsi üzrə təhsil alan bir qrup tələbəsi “AGRODAİRY” MMC-nin Hacıqabul Təlim Mərkəzində təlimdə iştirak ediblər.
Tələbələr toxumlçuluğun inkişafı və perspektivləri istiqamətində baş tutan təlimdə "Toxum istehsalı və emalı", "Toxum satışı və marketinqi" mövzularında keçirilən təlim “AGRODAİRY” MMC-nin Hacıqabul Təlim Mərkəzində baş tutub. Daha sonra tələbələr təlim prosesində qazandıqları nəzəri biliklərin davamı olaraq praktiki sahədə, toxum emalı zavodunda və əkin sahəsində olaraq real praktiki biliklərə yiyələniblər.
Təlimin məqsədi toxumçulugun inkişafı istiqamətində görülən işlər, icra edilən uğurlu layihələr haqqında tələbələri məlumatlandırmaq, bu sahədə mövcud resurslardan və innovativ texnologiyadan səmərəli istifadəni təbliğ etməkdən ibarətdir. Eyni zamanda torpaq tipli mürəkkəb, əkin üçün çətin olan torpaqlarda müasir texnika və səmərəli becərmə aqrotexnologiyalarından istifadə etməklə toxumların uyğun şəkildə səpilməsi ilə yüksək məhsul əldə edilməsi yollarını göstərmək, izah etmək və bu sahədə "Agro DAİRY"inin təcrübəsinin öyrənilməsidir.
Qeyd edək ki, 5-6 sessiyadan ibarət olacaq təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq. Təlim müddətində tələbələrin nəqliyyat, qidalanma və digər xərcləri şirkət tərəfindən qarşılanır.
#ADAU #AGRODAIRY #AdauKaryeraMərkəzi #AsauCareerCenter #Agrotraining