ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

CV yazılması təlimi

         Əziz tələbələr və məzunlar, ADAU Təcrübə və Karyera Mərkəzi olaraq sizləri Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) cari ilin fevral ayından etibarən başlatdığı “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsində iştirak etməyə dəvət edirik.
Layihənin əsas məqsədi CV yazmaqda çətinlik çəkən, özlərini əmək mühitində uğursuz hesab edən, daima öyrənmək arzusunda olan, ali təhsil alıb iş tapmaqda çətinlik çəkən tələbələrin təlimlərdə iştirak etməsi, ictimai fəallığının artırılması, savadlı və bacarıqlı gənclərin üzə çıxarılmasına mövcud şəraitin artırılmasıdır.
Qeyd: Layihədə Bakalavr və Magistr pilləsinin sonuncu kursunda təhsil alan tələbələr iştirak edə bilər.
Layihəyə qoşulmaq və qeydiyyatdan keçmək üçün bizə yaza bilərsiniz.
Əlaqə telefonlarımız:
0222668137
0772993100
#ADAU #AdauKaryeraMərkəzi #karyerayabizimləbaşla