ADAU Karyera Mərkəzi
AZ
AZ RU EN

Haqqımızda

Baş səhifə
Haqqımızda

KARYERA MƏRKƏZİ

        Azərbaycan Dövlət Aqrar Universitetin Karyera Mərkəzi tələbələrin gələcəkdə uğurlu karyera qurmalarına yardımçı olan struktur bölmələrdən biridir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti tələbələrin və məzunların məşğulluğunuun təmin olunmasında dəstək olmaq və köməklik göstərməkdir. Bunun ücün Karyera Mərkəzi gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması məqsədi ilə kompleks tədbirləri həyata keçirir.

MƏRKƏZİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ:
1.Universitetin tələbələrinə aldıqları nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və
sonrakı əmək fəaliyyətində istifadəsi məqsədilə tədris, istehsalat və diplomqabağı təcrübələri
təşkil etmək, bu məqsədlə ayrı-ayrı ixtisaslar üzrə müvafiq tədris sənədlərini hazırlamaq və

məzunları öz ixtisasları üzrə peşəkar iş həyatına hazırlamaq, iş axtarışında, uğurlu karyera
qurmalarında onlara köməklik etmək;
2. Tələbə və məzunların şəxsi inkişafına dəstək olmaq, onların özünü təqdim etmə bacarığı,
peşəkar ixtisaslaşma imkanlarını artırmaq, əmək bazarının vəziyyəti barədə onlara məsləhət
vermək üçün onlarla daim əlaqə saxlamaq;
3. Respublikamızda fəaliyyət göstərən müəssisə, təşkilatlar və sahibkarlarla əməkdaşlıq etmək,
təcrübənin keçirilməsini təmin etmək məqdəilə onlar arasında müqavilələrin bağlanmasını
təşkil etmək, təcrübələrin proqram və qrafikini onlarla razılaşmaq,həmin qurumlarda olan
vakansiyalar haqqında tələbələri və məzunları bilgiləndirmək;
4. Müəssisə, şirkət rəhbərləri mütəxəssisləri ilə tələbələrin, məzunların görüşlərinin mütəmadi
təşkil etmək, həmin müəssisələrin bazasını yaratmaq, bu şirkətlərlə istehsalat təcrübəsinin
keçməsi, məzunların işə götürülməsi haqqında danışıqlar aparmaq və niyyət protokolu
imzalamaq;
5. Müxtəlif şirkət və sənaye müəssisələrinə təcrübə gəzintilərinin və ekskursiyaların təşkil
edilməsi.
6.Tələbə və məzunlara professional CV və motivasiya məktubunun hazırlanmasında köməklik
göstərmək;
7.Tələbə və magistrantları muxtəlif tədris-inkişaf mərkəzlərində kurslar keçmək haqda
maarifləndirmək və onları bu kurslara yönləndirmək.
8. Universitetin əməkdaşlıq etdiyi partnyorlar və digər müəssisələr, beynəlxalq təşkilatlar və
digər xarici (ölkədaxili həmçinin) qurumlar haqqında lazımı (ünvan, profili, əsas fəaliyyət
istiqamətləri və s.) məlumat toplamaq, onlar haqqında avtomatlaşdırılmış məlumat bazası
yaratmaq;
9. Məzunların məşğulluğunu təmin etmək üçün mütəmadi tədbirlər təşkil etmək (əmək
yarmarkaları, şirkət təqdimatları, karyera günləri, dəyirmi masalar, konfranslar,təlimlər və s.), bu
tədbirlər və iş elanları barədə ətraflı informasiyalar hazırlamaq və həmin informasiyaları
tələbələrə, məzunlara çatdırmaq;
10. Mütəmadi olaraq elm, dövlət və iş dünyasında uğur qazanmış şəxslərin tələbələrlə səmimi
görüşlərinin təşkil olunması; (tələbələr həmin şəxsin həyat və iş təcrübəsini öyrənir, müasir iş
dünyasının tələblərindən xəbərdar olur və müsbət mənada özlərinə nümunə götürürlər).